Azərbaycanda elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələr iki dəfə artırılıb

Azərbaycanda elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələr iki dəfə artırılıb
# 14 sentyabr 2013 16:29 (UTC +04:00)

APA-nın məlumatına görə, sənəd dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda elmi dərəcəsi olan işçilərin əməyini stimullaşdırmaq və onların sosial müdafiəsini gücləndirmək məqsədi ilə imzalanıb.

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan “elmlər doktoru” və “fəlsəfə doktoru” elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarına elmi dərəcələrə görə Nazirlər Kabinetinin müəyyən etdiyi əlavələr 2013-cü il sentyabrın 1-dən iki dəfə artırılsın.

Sənədin icrası ilə bağlı bütün məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR