TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın İstanbulda keçiriləcək illik toplantısında iştirak edəcək

TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın İstanbulda keçiriləcək illik toplantısında iştirak edəcək
# 01 iyul 2013 10:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın İstanbulda keçirilən illik toplantısında iştirak edəcək. TÜRKPA-dan APA-ya verilən məlumata görə, təşkilat artıq üç ildir ki, qonaq statusu ilə ATƏT PA-nın fəaliyyətlərində aktiv iştirak etməkdədir.

Səfər çərçivəsində TÜRKPA baş katibi Ramil Həsənovun Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri planlaşdırılır. Həmçinin ATƏT PA-nın illik sessiyası çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyinin koordinatorluğunda, TÜRKPA-ya üzv dövlətləri nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə birgə əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi istiqamətində müzakirələrin növbəti mərhələsi ilə bağlı görüşün keçirilməsi nəzərdə tutulur. Eyni zamanda toplantı çərçivəsində TÜRKPA baş katibinin Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşü nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR