Azərbaycan prezidenti Litvanın daxili işlər nazirini qəbul edib - FOTO

Azərbaycan prezidenti Litvanın daxili işlər nazirini qəbul edib - <span style="color: red;">FOTO
# 14 aprel 2014 13:39 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Litva daxili işlər naziri Dailis Alfonsas Barakauskasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, D.Barakauskas Litva prezidenti xanım Dalya Qribauskaytenin salamlarını Azərbaycan prezidentinə çatdırıb.

Azərbaycana bir neçə dəfə səfər etdiyini vurğulayan litvalı nazir ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Prezident İlham Əliyev isə ölkəmizdə bütün sahələrdə sürətli iqtisadi inkişafa nail olunduğunu məmnunluqla qeyd edib. Dövlət başçısı prezident Dalya Qribauskaytenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Litva dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Litva arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR