Goranboyun cəbhəyanı təmas kəndlərində şəkərli diabet, ürək və qan-damar sistemi xəstəlikləri geniş yayılıb

Goranboyun cəbhəyanı təmas kəndlərində şəkərli diabet, ürək və qan-damar sistemi xəstəlikləri geniş yayılıb
# 14 mart 2014 16:01 (UTC +04:00)

Goranboy. Teymur Zahidoğlu - APA. Goranboyda əhalinin kütləvi müayinəsi zamanı 26074 nəfər tibbi baxışdan keçirilib.

Bu barədə APA-nın Qarabağ bürosuna Goranboy Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Rüstəm Budaqov məlumat verib. Onun sözlərinə görə, 4197 nəfərə ambulator müalicə təyin edilib. 94 nəfər Goranboy Mərkəzi və Dəliməmmədli Şəhər xəstəxanalarında stasionar müalicəyə götürülüb. 21 nəfər paytaxtın müxtəlif müalicə mərkəzlərinə göndərilib.

Baş həkimin sözlərinə görə, ən çox rast gəlinən şəkərli diabet, ürək və qan-damar sistemi xəstəlikləridir ki, bu da xüsusilə rayonun təmas xəttində yerləşən və cəbhəyanı Tap Qaraqoyunlu, Qaşaltı, Tap, Erkəc, Mənəş, Buzluq və sairə bu kimi yaşayış məntəqələrinin sakinləri arasında çoxluq təşkil edir.

Rüstəm Budaqov bildirib ki, yerli əhali arasında onkoloji və vərəm xəstəliklərinin də nisbətən artığı müşahidə olunur. Onun sözlərinə görə, insanlar öz sağlamlıqlarına çox biganədirlər. Xüsusilə daşıyıcısı olduğu xəstəlik haqda həkimlərə düzgün məlumat verilməməsi və ya ümumiyyətlə, gizlədilməsi halları da müşahidə olunur.

Uşaqlar arasındakı xəstəliklərin səviyyəsi haqda məsələyə toxunan baş həkim bildirib ki, bu məsələ daim nəzarətdə saxlanır və yeniyetmə yaşlarına qədər olan sakinlər il ərzində müntəzəm dispanserizasiya edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR