Merkel: Gənclər əmək miqrasiyasına hazır olmalıdır

Merkel: Gənclər əmək miqrasiyasına hazır olmalıdır
# 15 iyun 2013 01:57 (UTC +04:00)

Bakı-APA. Almaniya kansleri Anqela Merkel qeyd edib ki, gənclər cəlbedici iş tapmaq üçün əmək miqrasiyasına hazır olmalıdır.

Siyasətçinin sözlərinə görə, keçmiş Alman Demokratik Respublikasının vətəndaşlarının əksəriyyəti Berlin divarı uçduqdan sonra əmək şəraitinin daha yaxşı olan birləşmiş Almaniyanın digər bölgələrinə köçmüşdü.

Bununla belə kansler qeyd edib ki, işsizlər üçün böhran əsl faciədir, gənclər özləri etmədikləri səhvlərə görə əziyyət çəkir.

Qeyd edək ki, Avrozona ölkələrinin 25 yaşadək olan vətəndaşlarının 25 faizinin daimi iş yeri yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR