Piyadanı vuraraq qaçan sürücü tutulub

Piyadanı vuraraq qaçan sürücü tutulub
# 29 yanvar 2014 08:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Səbail rayon hüquq-mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunub.

APA-nın xəbərinə görə, Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatında bildirilir ki, yanvarın 28-də saat 05 radələrində Səbail rayonunun “20-ci sahə” ərazisində naməlum avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Əsgərova Fəridə Ağababa qızını vurub hadisə yerindən qaçıb, sonuncu aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin «VAZ 21061» markalı 44 BB 282 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Süleymanov Ramil Bağır oğlu tərəfindən törədilməsinə kifayət qədər şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR