Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb
# 28 yanvar 2014 07:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, 1986-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 180.2.2; 317-2.1; 66.5 maddələri ilə təqsirli bilinərək 6 il 4 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rabil Habil oğlu Quliyevə tanışı vətəndaş Rəvanə Abdulla qızı Əliyevanın gətirdiyi sovqata baxış keçirilib. Bu zaman ağ sellofanda olan qəndin içərisində gizlədilmiş 100 ədəd ağ rəngli dərman həbləri aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR