Məkkədə azərbaycanlı zəvvarlar üçün “WiFi” internet xidməti təşkil olunub

Məkkədə azərbaycanlı zəvvarlar üçün “WiFi” internet xidməti təşkil olunub
# 10 oktyabr 2013 13:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Məkkədə zəvvarların yerləşdiyi “ən-Nuzha” hotelində azərbaycanlı zəvvarlar üçün həkim otaqları təşkil olunub.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, burada idarə tərəfindən təhkim olunmuş həkimləri hacılara tibbi xidmət göstərirlər.

Həkim briqadasının rəhbəri Kitabullah Əkbərovdur. Hələ ki, günə kimi zəvvarların səhhəti ilə əlaqədar ciddi bir problem qeydə alınmayıb. Bundan başqa, azərbaycanlı zəvvarlar Həcc ziyarətində “WiFi” internet xidməti ilə də təmin olunublar. Müxtəlif məkanlar, o cümlədən Kəbədən cəmi 3-4 km məsafədə yerləşən “ən-Nuzha” hotelinin hər mərtəbəsində də sürətli “WiFi” internet xidməti təşkil olunub. Zəvvarlar birbaşa otaqlarında bu xidmətdən yararlanır, istədikləri vaxtda vətəndəki yaxınları və qohumları ilə mütəmadi əlaqə saxlaya bilirlər.

Qeyd edək ki, bu il Azərbaycanda Həccə 3700 zəvvar yola düşüb. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR