Rusiya vətəndaşından silah-sursat götürülüb

Rusiya vətəndaşından silah-sursat götürülüb
# 25 iyun 2014 10:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Qazax rayonunda Rusiya vətəndaşının avtomobilindən silah-sursat aşkar edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də şəhər ərazisində Rusiya Federasiyası vətəndaşı Gülçin Yolçiyevə məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı “Makarov” markalı tapança, 1 ədəd güllə darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR