Azərbaycan Çempionlar Liqasına yenə 3 klubla qatıla bilər

Azərbaycan Çempionlar Liqasına yenə 3 klubla qatıla bilər
# 18 aprel 2014 15:01 (UTC +04:00)

Bakı – APA. Avrokuboklarda Azərbaycanı təmsil edəcək qadın voleybol komandalarının tam siyahısı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, buna Super Liqanın bu gün keçirilən 3-cü yer uğrunda görüşündən sonra 5 ən güclü klubumuz qatılacağı turnirlərin adını bilib.

Belə ki, finala yüksəlməklə Çempionlar Liqasında oynamaq hüququ qazanan “Rabitə” və “Azəryol”a “İqtisadçı” da qoşulmaq şansı əldə edib. Lakin ölkəmizin reytinqindəki yüksək mövqeyinə uyğun olaraq, 2 klub analoji yarışa buraxılacağından “tələbələr” “wild card”a ümid edəcəklər. Yəni, hər 3 klubumuz qitənin ən nüfuzlu klub turniri üçün sifariş verəcək.

Bürünc medallar uğrunda “İqtisadçı”ya uduzan “Azərreyl” isə növbəti dəfə CEV kubokunda oynayacaq. Onlara çempionatı 5-ci yerdə başa vuran “Lokomotiv” də qoşulacaq.

Qeyd edək ki, 2013/2014 mövsümündə də 3 klubumuz Çempionlar Liqasında, 2-si CEV kubokunda oynayıb. Onlardan yalnız “Rabitə” Çempionlar Liqasını bürünc medalla başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR