Bakıda avtomobildə baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO - VİDEO

Bakıda avtomobildə baş verən yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 06 iyun 2014 11:40 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində “VAZ-2106” markalı avtomobildə baş verən yanğın söndürülüb və yanğının yanacaqdoldurma məntəqəsinə keçməsinin qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Yanacaqdoldurma məntəqəsi artıq işini bərpa edib.

* * *

13.59

Bakı. Hafiz Heydərov - APA. Bakıda avtomobil yanır.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində yerləşən “ABU” yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.

Avtomobildə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verdiyi üçün ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Hazırda yanğının qarşının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR