Bakıda avtomobilinin oğurlandığını zənn edən şəxs avtomobilini saxladığı yeri unudubmuş

Bakıda avtomobilinin oğurlandığını zənn edən şəxs avtomobilini saxladığı yeri unudubmuş
# 09 avqust 2013 14:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı şəhərində avtomobilinin oğurlandığını zənn edən şəxsin avtomobilini saxladığı yeri unutduğu müəyyənləşib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 7-də saat 22.00 radələrində Binə qəsəbəsi sakini Məlahət Əhmədova DİN-in 102 zəng хidmətinə mürаciət еdərək оnа məхsus “Opel” markalı avtomaşının qaçırıldığını bildirib.

Хəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdаşlаrı tərəfindən аpаrılan аraşdırmalar zamanı avtomaşını idarə edən M. Əhmədovanın həyat yoldaşı Əbdülhüseynin sərxoş halda olduğundan avtomobili saxladığı yeri unutduğu müəyyən edilib. Аvtomaşın avqustun 8-də Binə qəsəbəsinin ərazisində tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR