Ağdaşda 24 yaşlı qadın itkin düşüb - FOTO - APA TV

Ağdaşda 24 yaşlı qadın itkin düşüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">APA TV
# 13 sentyabr 2013 10:04 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunda qadın itkin düşüb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Yeniarx kənd sakini 1989-cu il təvəllüdlü Həsənova Pərvanə Sərdar qızı bu il avqustun 31-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Üç uşaq anası olan və həyat yoldaşı ilə birgə yaşayan Pərvanə Həsənova barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən itkin düşmüş kimi axtarış elan olunub. Onu görənlərdən Ağdaş rayon Polis Şöbəsinin bu telefon nömrələrinə (020-23-5-51-81: 055-567-79-79) zəng vurmaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR