Bakıda avtobus piyadanı vuraraq öldürüb

Bakıda avtobus piyadanı vuraraq öldürüb
# 13 noyabr 2013 07:08 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən daha bir avtobus qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 12-si saat 23:30 radələrində Nəsimi rayonu 20 Yanvar küçəsində qeydə alınıb. Xızı rayon sakini Habil Məmmədov idarə etdiyi «Daewoo» markalı avtobusla Sulutəpə qəsəbə sakini Elçin Bayramovu vurub. Nəticədə aldığı xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR