“Türk Hava Yolları” – dünya arenasında marka-şirkət - FOTOSESSİYA

“Türk Hava Yolları” – dünya arenasında marka-şirkət - <span style="color: red;">FOTOSESSİYA
# 11 iyun 2014 13:56 (UTC +04:00)

Bakı. Nazilə Usbatova – APA. “Türk Hava Yolları”nın Azərbaycanda nümayəndəliyi əsas türk aviaşirkətinin fəaliyyəti ilə tanış olmaq məqsədilə bizim KİV nümayəndələri üçün trip-tur təşkil edib. Biz bu aviaşirkətin nümayəndələri ilə ünsiyyətdən böyük həzz aldıq, onun yaradılmasının tarixi ilə, statistikası ilə tanış olduq, pilot hazırlığının bəzi vacib proseslərində iştirak etdik, “Türk Hava Yolları”nın “əsas mətbəx”ində olduq. “Türk Hava Yollar” adlı bu mikrokosmosun miqyasları bizi öz məzmunu və fəaliyyətinin həcmi ilə heyrətləndirib.

Bu gün “Türk Hava Yolları” dünyanın 105 ölkəsinə, 211-i beynəlxalq olan 256 istiqamət üzrə uçuşlar həyata keçirir. Bununla o, haqlı olaraq beynəlxalq arenada xidmət edilən istiqamətlərin miqdarına görə dünyanın birinci aviaşirkətidir.

Hava nəqliyyatının Beynəlxalq Assosiasiyasının (IATA) məlumatına görə, göstəricilərə istinadən, 2003-cü ildən başlayaraq türk hava yolları stabil olaraq bütün istiqamətlərdə inkişaf edir. Üç il ardıcıl - 2011-2013-cü illər “Türk Hava Yolları” Avropanın ən yaxşı aviaşirkəti kimi birinciliyi alıb. 2013-cü ildə onlar “Biznes” sinfində yemək üzrə dünyanın ən yaxşı aviaşirkəti olub. 2011-2012 illərdə – “Premium Ekonom” sinfində yerlər üzrə dünyanın ən yaxşı aviaşirkətidir. 2012-ci ildə “Türk Hava Yolları” – ən yaxşı “Premium Ekonom” sinfində dünyanın ikinci aviaşirkətidir. Və, nəhayət, 2011-2013-cü illərdə – Cənubi Avropada ən yaxşı aviaşirkətdir.

Bizim oxucularımızın diqqətini xüsusilə uçuşun texnikasına yönəltmək istərdik, məhz pilotların hazırlığı prosesinə. Bizə uçuşun bu real atmosferinə düşmək imkanını verdilər, və biz pilotların kabinasında olduq. Müasir texniki avadanlıqla təchiz edilən kabina milyonlarla insanın həyatı asılı olan həqiqi kabinanın simulyatorudur. Gözlənilməz vəziyyətləri, müxtəlif hava şəraitini dəyişdirmək və qurmağa imkan verən xüsusi proqramların köməyi ilə pilotlara öz bacarığını sınaqdan keçirmək və real rejimdə yaranmış fövqəladə vəziyyət və ola bilər ki təhlükəli vəziyyətlərdə ixtisasını artırmaq imkanı verilir Azərbaycandan olan qonaqlar üçün proqram yüksəldilmiş dumanlılıq, qar çöküntüləri, tufan və ildırım, həmçinin qarşıdan gələn təyyarə rejiminə qurulmuşdu.

“Türk Hava Yolları” təyyarələrində bizi kim və necə yedirir? Bu vəzifəni baş ofisi İstanbulda yerləşən “Turkish Do and Co” şirkəti tutur. 1981-ci ildə Avstriyada əsası qoyulmuş şirkət bir neçə istiqamətdə qida sahəsi ilə məşğul olur: bir sıra aviaşirkətlərlərə və dəmir yolu sektoruna qida məhsullarının çatdırılması, otel biznesi, restoran biznesi, Formula 1 və UEFA 2012 Avropa Çempionatı kimi bir sıra beynəlxalq səviyyəli tədbirlərin VİP qidalanma ilə təminatı. 2007-ci ildə şirkət “Türk Hava Yolları” ilə əməkdaşlığa başlayıb. Bu gün şirkətin 70% dövriyyəsi “Türk Hava Yolları” xidmətində cəm olub. Şirkət 16 000 nəfərlik personala malikdir, yeməklərin çeşidi 750-800 növ təşkil edir. Bizim KİV nümayəndələri aşpazların işini şəxsən görüb, hansı ki, yüksək səviyyədə, böyük sürətinlə, yüksəldilən təmizlik və məhsulların keyfiyyət yoxlanması şərtləri ilə həyata keçirilir, həmçinin hazır yeməklərin və şirniyyatların dequstasiyasını keçirdilər, hansılar ki, qablaşdırma konveyerlərindən keçib, təyyarəyə daxil olur.

Azərbaycandan olan qonaqlara “Atatürk” hava limanının launjında bir qədər vaxt keçirilməsini az təsir etmədi. “Türk Hava Yolları” hava limanında yerləşən zalın konsepsiyasını Miles&Smiles Elite, Elite Plus kart sahibləri, Star Alliance Gold üzvlük bileti sahibleri və biznes-klas sərnişinləri nəzərdə tutub. Kosmik formalara malik olan sahəni şəxsi apartamentlər silində qurmuşlar. Bütün sahəni ayrı-ayrı zonalara bölmüşlər. 2000 sərnişin üçün nəzərdə tutulmuş launja daxildir: gözləmə zalı, kitabxana, kinoteatr, bilyard, relaksasiya üçün otaqlar, duş kabinələri, uşaqlar üçün oyun və yataq otağı, əlillər üçün tualet otaqları, həmçinin ayrıca ibadət otağı. Soyuq qəlyanaltıların böyük çeşidilə isveç süfrəsi, salat-bar, şorbalar və isti yeməklər, müxtəlif şirniyyatlar, pirojnalar, tortlar, soyuq və isti içkilər sərnişinlə təklif edilir.

Həmçinin onların sərəncamında pulsuz İnternetə çıxış, faks, musiqi, ayrıca zalda filmlərə baxış, yerli və xarici qəzetlər vardır. Daha dəqiq cizgilər tələb edən müasir dizaynla uyğunlaşdırılan formaların yumşaqlığı və dəyirmiliyi təəccüb doğurur.

KİV nümayəndələri “Türk Hava Yolları” də marketinq satışları üzrə əsas vitse-prezidentlə Ziya Karataşla görüşdülər. O, jurnalistlərin suallarına cavab verdi və həmçinin ən yaxın illərdə şirkətin inkişafının əsas prioritetlərindən danışdı.

Məsələn, Türkiyədə 2014-cü ildə 124 mln. sərnişin daşınma gözlənilir ki, bununda təxminən yarısı “Türk Hava Yolları” aviaşirkəti tərəfindən həyata keçiriləcək. “Türk Hava Yolları” tərəfindən həyata keçirilən uçuşların Avropa istiqamətini qeyd edən Z. Karataş bəzi rəqəmləri qeyd etdi: bu gün onlar 451 Avropa Birliyi ölkəsi və Avropanın bütün paytaxtlarını əhatə edirlər, Bratislavanın Vyanaya yaxın yerləşməsi ilə əlaqədar o istisna olunur. Daha sonra vitse-prezident 20 Uzaq Şərq ölkəsini və 14 Orta Şərqin ölkəsini qeyd edərək şərq istiqamətindən danışdı. 2 Cənubi və Şimali Amerika ölkəsinin, həmçinin Afrika ölkələrinin adı çəkildi. Bununla əlaqədar olaraq, daima hava nəqliyyatının miqdarının artırmasına ehtiyac artır. Şirkətdə 2005-ci ildə 85 təyyarə, 2014-cü ildə isə bu göstəricinin 267 təyyarəyə qədər qalxması bu aviaşirkətinin inkişafı haqqında əsas faktdır.

Həmçinin Türkiyə tərəfindən keçirilmiş konfransda bu sahədə bizim ölkələrimizin sonrakı ikitərəfli əməkdaşlığı məsələləri müzakirə edilmişdi. Bu gün, türk hava yolları üç Azərbaycan şəhərinə uçuşlar edir: Bakı, Gəncə, Naxçıvan. Lənkərana da yeni istiqamətin açılması planlaşdırılır.

Mətbuat konfransından sonra qonaqlara İstanbulun məşhur tarixi yerlərində olmaq, şəhərin gözəlliyindən həzz almaq və sadəcə bu qonaqpərvər xalqla ünsiyyətdən zövq almaq imkanı verilmişdir. O xalqla ki, onların vətəninə uçmaq və orada olmaqdan ən müsbət emosiyalar və təəssüratlar qalması üçün hər şey edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR