İran XİN: Azərbaycanla İran arasındakı müsbət müzakirələr nəticəsində məhbuslarımız ölkəyə ekstradisiya edilib

İran XİN: Azərbaycanla İran arasındakı müsbət müzakirələr nəticəsində məhbuslarımız ölkəyə ekstradisiya edilib
# 27 iyun 2014 09:50 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Mərziyə Əfxəm bildirib ki, Xarici İşlər Nazirliyi və ailələrinin dəstəyilə ilə İran xarici ölkələrdəki təmsilçilikəri çox sıx işlər görürlər: “İran təxminən 40 ölkə ilə məhbusların ekstradisiyası haqqında müqavilə imzalayıb. Ona görə də xarici ölkələrin həbsxanalarındakı iranlı məhbuslar məsələsi İran Xarici İşlər Nazirliyinin gündəmindədir. Biz həmin məhkumları cəzalarını öz ölkələrində çəkmələri üçün geri gətiririk. Bundan əlavə, xarici ölkələrin həbsxanalarındakı iranlı məhbuslara konsulluq xidməti göstərilir. Bir çox vətəndaşımız yetərincə məlumata sahib olmasına baxmayaraq səfərə çıxırlar və problemlərlə qarşılaşırlar”.

İran XİN sözçüsü daha sonra son aylarda Azərbaycanla İran arasında həyata keçirilən məhbus mübadiləsini nümunə kimi göstərib: “Azərbaycan rəsmiləri ilə bu ölkənin həbsxanalarında cəza çəkən İran vətəndaşlarının ekstradisiyasına dair həyata keçirilən müzakirələr müsbət nəticələnib. Belə ki, iranlı məhbuslar bir neçə mərhələdə 15-20 nəfərlik dəstələrlə ölkələrinə qayıdıblar və həbs cəzalarının qalan hissəsini İranda çəkəcəklər”.

M.Əfxəm deyib ki, xarici ölkələrin həbsxanalarındakı iranlı məhbusların əfv edilməsi, azadlığa buraxılması və ekstradisiyası üçün mümkün yollar araşdırılır: “Bu iş vaxt aparır, ancaq yaxşı nəticələnəcəyinə ümid edirik. Mütəxəssislərimiz onlara yardım göstərirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR