Tiflisdə “Enerjinin sabit inkişafı” adlı beynəlxalq forum keçirilir - FOTO

Tiflisdə “Enerjinin sabit inkişafı” adlı beynəlxalq forum keçirilir - <span style="color: red;">FOTO
# 17 sentyabr 2013 12:43 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtındakı “Şereton Metexi” mehmanxanasında üç günlük “Enerjinin sabit inkişafı” adlı IV Beynəlxalq Forum başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan hökumətinin, BMT-nin Avropa İqtisadiyyat Komissiyasının, Asiya və Sakit okean regionunda BMT-nin İqtisadiyyat və Sosial Məsələlər üzrə komissiyasının və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə baş tutub.

25 ölkədən 200-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq forumu Gürcüstanın energetika və təbii sərvətlər naziri Kaxa Kaladze açıb. Sonra Qırğızıstan, Rusiya, Belarus, Gürcüstan, Azərbaycan və digər MDB ölkələrinin nümayəndələri çıxış ediblər.

Tədbirdə Azərbaycanı 2 nəfər - Azərbaycanın Sənaye və Energetika Nazirliyinin energetika şöbəsinin müdir müavini Asəf Rzayev və “EKO Akademiya” qeyri-hökumət təşkilatının nümayəndəsi Fərhad Əliyev təmsil edir.

3 gün keçiriləcək Forum iştirakçıları Asiya və Avropa təcrübəsi haqqında söhbətlər aparacaq, təcrübə mübadiləsi həyata keçirəcəklər.

Sentyabrın 19-da başa çatacaq Forumda siyasi və qanunvericilik məsələləri, tikinti və infrastruktur kimi sektorlarda təmiz enerji alınması və enerji təhlükəsizliyini yaxşılaşdırmaq məsələləri müzakirə olunacaq.

Forum iştirakçılarının yekunda energetika və davamlı inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlıq barədə birgə bəyanat imzalaması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR