Krım hökuməti Ukraynanın hərbi-dəniz donanmasını milliləşdirəcək

Krım hökuməti Ukraynanın hərbi-dəniz donanmasını milliləşdirəcək
# 10 mart 2014 21:24 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Krımın baş naziri Sergey Aksyonov bəyan edib.

“Sevastopolda yerləşən Ukrayna donanması tam həcmdə milliləşdiriləcək. Biz onların gəmilərini heç yerə buraxan deyilik. Biz hətta “Çernomornefteqaz” donanmasının yolunu bağlamışıq”, - deyə Aksyonov bildirib.

Onun sözlərinə görə, milliləşdiriləcək obyektlərin tam siyahısı hələ ki tərtib edilməyib. Aksyonov qeyd edib ki, milliləşdirilmə fərdi obyektlərə şamil edilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR