Allahşükür Paşazadə: “Kurslarda təkmilləşdirilən dindarların başlıca məqsədi radikal qruplara qarşı mübarizə olacaq”

Allahşükür Paşazadə: “Kurslarda təkmilləşdirilən dindarların başlıca məqsədi radikal qruplara qarşı mübarizə olacaq”
# 06 iyun 2014 13:03 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kurslarda təkmilləşdirilən dindarların başlıca məqsədi radikal qruplara qarşı mübarizə olacaq”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

O qeyd edib ki, kurslarda Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və digər vacib qurumların əməkdaşları dindarlarla kifayət qədər söhbət edib: “Bu söhbətlərin nəticəsi olaraq bu dindarlar artıq bu gün baş verənlərlə, dövlətə qarşı olan qüvvələrlə kəskin mübarizə aparacaqlar”.

Şeyx Azərbaycanda ilk dəfə olaraq dindarlara paylanan geyimdən də danışıb: “Bu geyim xüsusi bir forma olacaq. Bu bir yenilikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR