Kür çayının aşağı axınında artım müşahidə olunub

Kür çayının aşağı axınında artım müşahidə olunub
# 24 yanvar 2014 11:37 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-240, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yanvarın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 137 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər az olmaqla 132 m3/s və ongünlük normanın 84 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 62 m3/s təşkil edərək ongünlük normanın 93 faizinə bərabər olub.

Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 21, Salyanda 7, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində 6 sm artım, Surrada isə suyun səviyyəsində 2 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 420 sm, Şirvanda 301 sm, Salyanda 260 sm, Bankədə 237 sm, Araz çayının Novruzlu məntəqəsində isə 176 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR