Bakı sakini liftin şaxtasına düşərək ölüb - FOTO - VİDEO

Bakı sakini liftin şaxtasına düşərək ölüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 13 noyabr 2013 21:42 (UTC +04:00)

APA-nın məlumatına görə, vətəndaşın liftin şaxtasına düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat daxil olan kimi nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Qaraçuxur qəsəbəsi, Yusif Ayvazov küçəsi 40/48 ünvanına yollanıb.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, 1954-cü il təvəllüdlü Sərdar Səlimov lifti gözləyən zaman ehtiyatsızlıqdan boş şaxtaya düşüb. Nəticədə o altıncı mərtəbədən birinci mərtəbəyə düşərək ölüb. Keçirilən xüsusi əməliyyat nəticəsində meyit şaxtadan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR