Azərbaycanda avtomobil yolunda yaranmış 5-6 km-lik tıxac aradan qalxıb - YENİLƏNİB - VİDEO

Azərbaycanda avtomobil yolunda yaranmış 5-6 km-lik tıxac aradan qalxıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 30 noyabr 2013 07:43 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dünən axşam saatlarından başlayaraq Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci km-də Kür çayı üzərində yerləşən körpüdə avtomobillərin hərəkətində yaranmış məhdudiyyət 4 saat çəkib.

Qeyd edək ki, noyabrın 29-da axşam saatlarında ağır tonnajlı avtomobilin yükünün körpüyə ilişməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkətində ciddi problem yarandığından minlərlə avtomobil tıxacda qalıb. Yolun hər iki istiqamətində tıxacın uzunluğu təxminən 5-6 kilometrə qədər uzanıb.

Kür çayı üzərindəki körpüyə paralel yeni körpüdə aparılan inşaat və son tamamlama işləri də avtomobillərin hərəkətinə mane olub.

***

29 noyabr saat 19.46

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci km-də Kür çayı üzərində yerləşən körpüdə avtomobillərin hərəkəti dayanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ağır tonnajlı avtomobilin yükünün körpüyə ilişməsi nəticəsində avtomobil körpünün üstündə dar yolda hərəkətsiz qalıb. Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkətində ciddi problem yaranıb.

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, artıq 3 saat yaxındır, Sabirabad-Şirvan və əks istiqamətdə avtomobillər tək-tək, çox çətinliklə hərəkət edir.

Nəticədə ərazidə minlərlə avtomobilin tıxacı yaranıb.

Qeyd edək ki, Kür çayı üzərindəki körpüyə paralel yeni körpü inşa olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR