ABŞ dövlət katibi və Rusiyanın xarici işlər naziri arasında telefon danışığı olub

ABŞ dövlət katibi və Rusiyanın xarici işlər naziri arasında telefon danışığı olub
# 09 aprel 2014 18:17 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in mətbuat xidməti açıqlama verib.

Rusiya və ABŞ xarici işlər idarələrinin başçıları tərəfləri Ukraynanın cənubi-şərqində hər hansı güc tətbiqindən imtina edilməsinə, eləcə də böhranın danışıqlar yolu ilə siyasi-hüquqi müstəvidə həll edilməsinə çağırıblar.

Sergey Lavrov Ukraynanın bütün regionlarının və siyasi qüvvələrinin iştirakı ilə açıq, şəffaf Konstitusiya islahatlarının əldə edilməsinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR