Səfir: «ABŞ şirkətləri Azərbaycanın ikinci peykinin orbitə çıxarılması layihəsinə ciddi maraq göstərir» - FOTO

Səfir: «ABŞ şirkətləri Azərbaycanın ikinci peykinin orbitə çıxarılması layihəsinə ciddi maraq göstərir» - <span style="color: red;">FOTO
# 03 dekabr 2013 12:49 (UTC +04:00)

Bu layihənin iqtisadi-texniki əsaslandırmasını ABŞ-ın Ticarət və İnkişaf Agentliyi maliyyələşdirir. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.


«Bilirsiniz ki, İKT sahəsi iqtisadiyyatın diversifikasiyası üçün çox ümidverici sahədir. Bakıdakı Azərbaycan-ABŞ İKT forumunda iştirak edən və eyni zamanda Azərbaycanda fəaliyyət göstərmək istəyən Amerika şirkətləri var. Qeyd edim ki, Azərbaycan regionda İKT sahəsində yaxşı imkanlara malikdir. Ümid edirik ki, ABŞ-Azərbaycan əməkdaşlığı bu sahəyə öz töhfəsini verəcək», - deyə amerikalı səfir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR