Azərbaycanın rabitə sektoru 7% artıb

Azərbaycanın rabitə sektoru 7% artıb
# 30 oktyabr 2013 12:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 1 113,8 mln. manatlıq xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,1% çoxdur.

Məlumata görə, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,3% təşkil edib.

«Xidmətlərdən əldə olunmuş gəlirlərin 59,2%-i mobil telefon rabitəsindən yaranıb və 2012-ci ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 9,6% artaraq 659,8 mln. manat təşkil edib», - deyə Komitənin məlumatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR