Bakıda baş verən avtobus qəzasında ölənlərin və yaralananların adları açıqlanıb

Bakıda baş verən avtobus qəzasında ölənlərin və yaralananların adları açıqlanıb
# 20 sentyabr 2013 10:42 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində avtobusun sürücüsü, 1978-ci il təvəllüdlü Fizuli Əziz oğlu Allahverdiyev və sərnişin 45-50 yaşlı Qəhrəman adlı şəxs ölüb.

Polisdən həmçinin bildirilib ki, baş verən qəza nəticəsində 47 yaşlı Famil Abbasov, 53 yaşlı Arif Əliyev, 54 yaşlı Əhməd Teyyubov Klinik Tibbi Mərkəzə, 1950-ci il təvəllüdlü Rza Ramazanov Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutuna yerləşdirilib.

25 yaşlı Seyfəddin Buzumova və 23 yaşlı Abbas Vəliyevə hadisə yerində ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə bu gün Şıx qəsəbəsində qeydə alınıb.

120 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirərək yol kənarında olan “Ramada” hotelin hasarına çırpılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR