Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun əməkdaşları təltif edilib

Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun əməkdaşları təltif edilib
# 15 may 2013 15:45 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun bir qrup əməkdaşının təltif edilməsi, bir qrupuna isə fəxri ad verilməsi haqqında sərəncamlar imzalayıb.

APA-Economics”in məlumatına görə, Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib, bir qrup şəxsə isə “Əməkdar Mühəndis” fəxri adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR