Dow Jones indeksi 0,7%, S&P 500 1,1%, Nasdaq 1,7% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 1,1%, Nasdaq 1,7% yüksəlib
# 15 yanvar 2014 06:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 16 374 bəndədək, S&P 500 1,1% - 1 839 bəndədək, Nasdaq 1,7% - 4 183 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsi müsbət makroiqtisadi və korporativ statistik göstəricilərin fonunda baş verib. Belə ki, ötən ilin dekabrında ölkədə pərakəndə ticarət dövriyyəsi aylıq müqayisədə 0,2% artıb. Eyni zamanda, idxal qiymətləri 0,3%-lik artım prqonozlarına baxmayaraq dekabrda sabit qalıb. Bundan əlavə, «Wells Fargo» bankının IV rüb üzrə mənfəəti illik müqayisədə 10,5% artaraq 5,37 mlrd. dollara çatıb.

Avropa fond bazarlarında yanvarın 14-də FTSE 100 indeksi 0,1% - 6 767 bəndədək, Almaniya DAX-ı 0,3% - 9 541 bəndədək, Fransa CAC-40-ı isə 0,3% - 4 274 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 242,70 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3633 dollar (-0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR