FHN: “Binə” Ticarət Mərkəzində 45 mağaza yanıb

FHN: “Binə” Ticarət Mərkəzində 45 mağaza yanıb
# 25 dekabr 2013 08:20 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda deyilir ki, Bakı şəhəri, Qaradağ rayonu “Binə” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən və xilasediciləri cəlb olunub.

Ticarət Mərkəzinin 4-cü və 5-ci sıralarında hər birinin sahəsi 40 kv. m olan 45 ədəd müxtəlif geyim və paltar satışı mağazalarının plastik materiallardan ibarət arakəsmələri, dam örtükləri və içərisindəki mallar 1800 kv.m sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Nazirliyin xilasetmə qüvvələri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR