Zaqatala sakininin meyiti avtomobilində tapılıb

Zaqatala sakininin meyiti avtomobilində tapılıb
# 27 yanvar 2014 13:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda avtomobildən meyit tapılıb.

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilə məlumata görə, hadisə bu gün Zaqatalanın Göyəm kəndində qeydə alınıb.

Rayonun Suvagil kənd sakini, 1951-ci il təvəllüdlü Tacəddin Nurullah oğlu Məmmədovun cəsədi özünə məxsus “VAZ-21011” markalı, “62-BB-829” dövlət nömrə nişanlı avtomobildə aşkarlanıb. Meyitin üzərində xəsarətlər aşkar edilməyib. Ölümün səbəblərini müəyyən etməkdən ötrü ekspertiza təyin edilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR