“Taliban” Əfqanıstan paytaxtında baş vermiş partlayışın məsuliyyətini öz üzərinə götürüb

“Taliban” Əfqanıstan paytaxtında baş vermiş partlayışın məsuliyyətini öz üzərinə götürüb
# 17 noyabr 2013 01:51 (UTC +04:00)

Bakı-APA. “Taliban” hərəkatı Əfqanıstan paytaxtında 10 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələnmiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə agentliyin müxbirinə hərəkatın nümayəndələri bildirib.

Partlayış ağsaqqalar şurasının ABŞ-la təhlükəsizlik məsələləri üzrə imzalanacaq paktın müzakirəsinin aparılacağı ərazinin yaxınlığında baş verib.

Qeyd edək ki, Əfqanıstan prezidenti Həmid Karzay müzakirələrə talibləri də dəvət etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR