Abbas Əraqçı: “Cenevrə razılaşmasına görə İran neftin satışından əldə etdiyi gəlirin 15 milyard dollarına sahib olacaq”

Abbas Əraqçı: “Cenevrə razılaşmasına görə İran neftin satışından əldə etdiyi gəlirin 15 milyard dollarına sahib olacaq”
# 30 noyabr 2013 23:49 (UTC +04:00)

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, İran nüvə razılaşması çərçivəsində neftin satışından əldə etdiyi gəlirin 15 milyard dollarına sahib olacaq: “Bunu 10 milyard dolları qida məhsulları və dərman alınmasına sərf ediləcək”.

A.Əraqçı Avropa Birliyinin İranın 17 şirkətinə sanksiya tətbiq etməsini Cenevrə razılaşmasına zidd adlandırıb.

Nazir müavini həmçinin vurğulayıb ki, uranın zənginləşdirilməsi İranın “qırmızı xətti” kimi qalmaqla davam edəcək: “Uranın zənginləşdirilməsi İranın qanuni haqqıdır və Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinə (NPT) görə, bu haqqa hörmət edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR