Kiyevdə 2 milis generalının rəhbərliyi ilə güc strukturlarının 600 sabiq əməkdaşından ibarət özünümüdafiə dəstəsi yaradılıb

Kiyevdə 2 milis generalının rəhbərliyi ilə güc strukturlarının 600 sabiq əməkdaşından ibarət özünümüdafiə dəstəsi yaradılıb
# 06 dekabr 2013 08:59 (UTC +04:00)

Bakı - APA. Kiyevin Müstəqillik Meydanında müddətsiz kütləvi etiraz aksiyası keçirən və hökumət binalarını mühasirədə saxlayan müxalifət və avrointeqrasiya tərəfdarları peşəkarlardan ibarət özünümüdafiə dəstəsi yaradıblar. APA-nın “vesti.ua” saytına istinadən verdiyi məlumata görə, sabiq milis generalları, hazırda müxalifət sıralarında olan deputatlar Gennadi Moskal və Vitali Yarema tərəfindən koordinasiya olunan dəstələrin tərkibində 600-ə yaxın keçmiş hərbçi var.

Aksiyada rollar və məsuliyyət dəqiq bölüşdürülüb. Nazirlər Kabinetinin mühasirəsinə Ukrayna millətçilərindən ibarət “Svoboda” Birliyinin deputatı İqor Şvayka, prezident iqamətgahının mühasirəsinə isə “Batkivşina”nın deputatı Arsen Avakov cavabdehdir.

Xatırladaq ki, noyabrın 30-na keçən gecə “Berkut” xüsusi təyinatlı milis dəstəsi Müstəqillik Meydanında aksiya keçirən tələbələri zorakılıqla dağıtmış və meydanı nəzarətə götürüb. Lakin dekabrın 1-də Kiyevdə yüz minlərlə adam küçələrə çıxaraq meydanı yenidən ələ keçirib. Aksiya təşkilatçıları mitinqçilərə yenidən milis müdaxiləsi olarsa, bu dəfə müqavimət göstərəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR