Barak Obama İranı Cenevrə sazişinə əməl etməyəcəyi təqdirdə sanksiyalarla hədələyib

Barak Obama İranı Cenevrə sazişinə əməl etməyəcəyi təqdirdə sanksiyalarla hədələyib
# 07 dekabr 2013 21:34 (UTC +04:00)

“Biz sanksiya rejimini zəiflətmirik, sadəcə Tehran üçün kiçik bir pencərə açırıq. Əgər İran yaxın 6 ay ərzində bu sazişə (“altılıq” qrupundakı BMT TŞ-in 5 daimi üzvü və Almaniya ilə Cenevrədə əldə olunan saziş) əməl etmək istəmədiyini nümayiş etdirsə, biz yenə də sanksiyalara qayıdacağıq”, deyə Obama bəyan edib.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, ABŞ prezidentinin sözlərinə görə, İrana qarşı tətbiq olunan sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi təsir edib. “İran iqtisadiyyatının həcmi keçən il 5 faizədək azalıb. Bizim tətbiq etdiyimiz sanksiyaların nəticəsində Tehranın neft ixracından əldə etdiyi gəlir təxminən 2 dəfə azalıb”, deyə Obama əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR