Nazir müavini: “Doktorantura səviyyəsində qanunvericiliyin təkmilləşdirilməsi üzərində ciddi iş aparılır”

Nazir müavini: “Doktorantura səviyyəsində qanunvericiliyin təkmilləşdirilməsi üzərində ciddi iş aparılır”
# 19 dekabr 2013 09:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Azərbaycanda fəaliyyət göstərən elmi və elmi-pedaqoji kadrların sayı açıqlanıb.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransında çıxışı zamanı deyib ki, bu gün respublikada 30 041 nəfər elmi və elmi-pedaqoji kadr çalışır. Nazir müavininin sözlərinə görə, o cümlədən ölkədə 1918 nəfər elmlər doktoru, 8976 nəfər fəlsəfə doktoru-elmlər namizədi var. C.Bayramov qeyd edib ki, hazırda doktorantura səviyyəsində qanunvericiliyin təkmilləşdirilməsi üzərində ciddi iş aparılır: “Həmçinin doktoranturanın təşkili və məzmunun müəyyənləşdirilməsinə dair normativ hüququ sənədlərin hazırlanması, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə prioritet proqramların təsdiqlənməsi, doktorantura səviyyəsində təhsilin Boloniya prosesinə uyğunlaşdırılması, adambaşına maliyyələşdirilməsi və digər istiqamətlərdə işlər görülür”.

Nazir müavini vurğulayıb ki, son illər Azərbaycan elmi nümayəndələrinin beynəlxalq jurnallarda nəşr edilən məqalələrin sayı artıb. Onun sözlərinə görə, 2009-cu ildə 159, 2010-cu ildə 229, 2011-ci ildə 242, 2012-ci ildə 322 məqalə beynəlxalq jurnallarda dərc edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR