VHP üzvünün apellyasiya şikayəti təmin edilməyib

VHP üzvünün apellyasiya şikayəti təmin edilməyib
# 03 fevral 2014 10:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində külli miqdarda narkotik vasitə saxlamaqda təqsirləndirilən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü, blogger Ömər Məmmədovun apellyasiya şikayətinə baxılıb.

Vəkil Əlayif Həsənovun APA-ya verdiyi məlumata görə, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Ömər Məmmədov yanvarın 24-ü Bakıda saxlanıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ömər Məmmədov barəsində 3 aylıq həbs - qətimkan tədbiri seçilib.

Apellyasiya şikayəti də həmin qərardan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR