Azərbaycan Qazaxıstandan 1 000 ədəd avtomobil idxal edəcək

Azərbaycan Qazaxıstandan 1 000 ədəd avtomobil idxal edəcək
# 02 may 2014 12:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Qazaxıstanın Kostanay vilayətində istehsal olunan 1 000 “Ssang Yong Nomad“ modeli olan avtomobillər yaxın zamanlarda Azərbaycana ixrac olunacaq.

APA-Economics”in məlumatına görə, bu haqda Kostanay vilayəti akiminin müavini Murat Daribayev bildirib.

M.Daribayev qeyd edib ki, eyni model avtomobilin 500 ədədi isə Belarusa göndəriləcək: “Avtomobillərin yığılması yanaşı, Kostanay vilayətinin maşınqayırma müəssisələrində kənd təsərrüfatı texnikası və ehtiyatlarının istehsalı üzrə işlər də davam edəcək. Həmçinin istehsal məhsullarının həcminin artırılması məqsədilə “AqromaşHoldinq” SC dövlət orqanları ilə birgə kənd təsərrüfatı texnikasının yığılması üzrə məsələ nəzərdən keçirilir. Eyni zamanda “Fiat C-sedan” avtomobillərinin yığılmasına dair məsələ də müzakirə olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR