Məhkumlardan qadağan olunmuş əşyalar götürülüb

Məhkumlardan qadağan olunmuş əşyalar götürülüb
# 27 mart 2014 14:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkumlardan qadağan olunmuş əşyalar götürülüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 181.3.1; 181.3.2; 181.3.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Maarif Tarif oğlu Bağırovun üzərinə baxış keçirilən zaman alt paltarının içərisində gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Anar Qəhrəman oğlu Əliyevin üzərinə və saxlanıldığı kameraya baxış keçirilən zaman onun cibindən daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR