Azərbaycan türkiyəli iş adamını beynəlxalq axtarışa verib

Azərbaycan türkiyəli iş adamını beynəlxalq axtarışa verib
# 01 fevral 2014 10:08 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 68 yaşlı Erdener Oğuz Fahri Ali Rza vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.

APA-nın əldə etdiyi məlumata görə, Erdener Oğuz Fahri Ali Rza Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, ötən il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.

Onların hamısı vergidən yayınmada ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR