ATƏT PA-nın qış sessiyanda müzakirə olunacaq mövzular açıqlanıb

ATƏT PA-nın qış sessiyanda müzakirə olunacaq mövzular açıqlanıb
# 09 yanvar 2014 10:03 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. ATƏT Parlament Assambleyasının qış sessiyanda müzakirə olunacaq mövzular açıqlanıb. Milli Məclisin sədr müavini, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, sessiyada əsasən qurumun yayda Bakıda keçiriləcək illik sessiyasına hazırlıq müzakirə olunacaq.

B. Muradova qeyd edib ki, komitələrin iclaslarında yayda Bakıda müzakirəyə çıxarılacaq məsələlər ətrafında müzakirələr aparılacaq: “Eyni zamanda qış sessiyasında ATƏT-in büdcə məsələləri də müzakirə olunacaq və daimi komitənin iclası keçiriləcək. Əlbəttə, bizim də qaldırdığımız məsələlər olacaq. Hələ ki ATƏT PA-nın qış sessiyasının rəsmi elan olunmayan gündəliyi bundan ibarətdir”.

Qeyd edək ki, ATƏT PA-nın qış sessiyası fevralın 13-14-də Vyanada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR