Azərbaycanın bəzi ərazilərində duman, çiskin olacaq, Naxçıvanda gecə 23, gündüz 13 dərəcə şaxta gözlənilir - VİDEO

Azərbaycanın bəzi ərazilərində duman, çiskin olacaq, Naxçıvanda gecə 23, gündüz 13 dərəcə şaxta gözlənilir - <span style="color: red;">VİDEO
# 28 dekabr 2013 09:22 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə görə, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə, gündüz 6-10 dərəcə isti olacaq.


Dekabrın 29-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, ayrı-ayrı rayonlarda çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə 15-20 dərəcə şaxta, bəzi yerlərdə 23 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə şaxta olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR