Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib
# 21 dekabr 2013 23:54 (UTC +04:00)

Bakı-APA. Bakının Nizami rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 6-cı mərtəbədəki mənzilin eyvanına xüsusi alət və avadanlıqlardan istifadə edərək enib, içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən zərərçəkmiş hərəkətsiz vəziyyətdə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR