FİFA prezidenti “Qarabağ”ı təbrik edib

FİFA prezidenti “Qarabağ”ı təbrik edib
# 03 iyun 2014 08:22 (UTC +04:00)

Bakı – APA. FİFA başçısı Yozef Blatter AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri dünya futbol ictimaiyyəti adından “Qarabağ” klubunu Topaz Premyer Liqasının 2013/2014-cü il mövsümünün qalibi olması münasibətilə təbrik edib.

Həmçinin, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatmasını uğur kimi qiymətləndirən Blatter komandamız daha böyük uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR