Ağcabədidə yaşayış evi yanıb

Ağcabədidə yaşayış evi yanıb
# 11 fevral 2014 12:03 (UTC +04:00)

Ağcabədi. Teymur Zahidoğlu - APA. Ağcabədi rayonunda yanğın hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə, yanğın Avşar kənd sakini Bakir İmamquliyevə məxsus fərdi yaşayış evində qeydə alınıb.

İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Ev içərisindəki əşyalarla birgə tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlər briqadasının əməkdaşları cəlb olunub. Yalnız bundan sonra yanğın söndürülüb və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR