Vergilər Nazirliyində kadr dəyişikliyi aparılıb

Vergilər Nazirliyində kadr dəyişikliyi aparılıb
# 07 noyabr 2013 12:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Vergilər Nazirliyində kadr dəyişikliyi edilib.

«APA-Economics»in Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, Nazirliyin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Fərhad oğlu Musayev tutduğu vəzifəsindən azad edilib. Onun yerinə İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışmış Natiq Telman oğlu Şirinov təyin edilib.

Məlumata görə, A.Musayev isə vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri təyin olunub.

Nazirlikdən həmçinin bildirilib ki, bundan başqa, İlkin Etibar oğlu Vəliyev İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR