Azərbaycan Prezidenti İlham Əliyev milli bayram münasibətilə Niderland Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev milli bayram münasibətilə Niderland Kralını təbrik edib
# 26 aprel 2014 13:38 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin milli bayramı – Kral günü münasibətilə Niderlandın Kralı Villem-Aleksandra təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, məktubda Azərbaycanın dövlət başçısı bu yaxınlarda III Nüvə Təhlükəsizliyi Sammiti ilə bağlı Niderlanda etdiyi səfərdən məmnun olduğunu bildirib: “İnanıram ki, Azərbaycan ilə Niderland arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına daim sülh və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR