İmişlidə baş verən avtoqəzada ər və arvad ölüb, 6 yaşlı nəvə ağır xəsarət alıb - VİDEO

İmişlidə baş verən avtoqəzada ər və arvad ölüb, 6 yaşlı nəvə ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 05 iyun 2014 08:10 (UTC +04:00)

İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 24.00 radələrində İmişli-Qaradonlu avtomobil yolunun Soltanmuradlı kəndindən keçən ərazidə baş verib. İmişli rayon Soltanmuradlı kənd sakini 60 yaşlı Fəxrəddin Əzizalıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və avtomobil aşaraq yoldan kənara yuvarlanıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 59 yaşlı Əzizalıyeva Gülnar aldığı xəsarətlərdən dünyasını dəyişib. Avtomobildə olan 6 yaşlı nəvə Əzizalıyev Ayxan isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti ağır olduğundan Bakı xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR