Kipr hökuməti Rusiyaya Pafos aviabazasından istifadə etməyə icazə verib

Kipr hökuməti Rusiyaya Pafos aviabazasından istifadə etməyə icazə verib
# 14 yanvar 2014 10:57 (UTC +04:00)

Bakı – APA. Kipr hökuməti Rusiyaya Pafos şəhəri yaxınlığındakı aviabazadan istifadə etməyə icazə verib.

APA – nın məlumatına görə, bu haqda Cyprus Weekly xəbər yayıb.

Hələlik aviabazadan yalnız Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarələri istifadə edə biləcək. Sonrakı mərhələdə Rusiyanın hərbi təyyarələrinə də eyni hüququn veriləcəyi gözlənilir.

Kipr hökuməti həmçinin Rusiya Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilərə Limassol limanında lövbər salmağa icazə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR