Azərbaycan Mədəniyyət Nazirlərinin 8-ci İslam Konfransında iştirak edir

Azərbaycan Mədəniyyət Nazirlərinin 8-ci İslam Konfransında iştirak edir
# 21 yanvar 2014 16:47 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. 2013-cü ilin mədəniyyət paytaxtı seçilən Səudiyyə Ərəbistanının Mədinə şəhərində İSESKO-nun təşkilatçılığı ilə Mədəniyyət Nazirlərinin 8-ci İslam Konfransı keçirilir.

Mədəniyyət və turizm nazirliyindən APA-ya verilən məlumata görə, konfransda ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransın açılış mərasimində Ə.Qarayev çıxış edərək, İSESKO-nun son iki il müddətindəki fəaliyyətini yüksək qiymətləndirib.

Səfər çərçivəsində nazir İSESKO-nun baş direktoru Əbdüləziz Osman ət-Tüveyci və Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Əbdüləziz bin Mohieddin Xoca ilə görüşlər keçirib. Ə.Qarayev həmçinin Səudiyyə Ərəbistanı Kral ailəsinin üzvü, Mədinənin əmiri Feysəl bin Salman əs-Səud ilə də görüşüb.

Konfrans yanvarın 24-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR