Bərdə rayonunda istifadəsiz mağazada yanğın olub

Bərdə rayonunda istifadəsiz mağazada yanğın olub
# 22 oktyabr 2013 02:14 (UTC +04:00)

Bakı-APA. Bərdə rayonunda istifadəsiz mağazada yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 2 km aralıda yerləşən Güloğlular kəndində baş verib.

Hadisə nəticəsində sahibi məlum olmayan ümumi sahəsi 16 kv.m olan istifadəsiz mağazanın dam örtüyü 12 kv.m sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR